
“Müqəddəs
Maralın ölümü” filmindən tanıdığımız Reffi Kessidi və məşhur aktrisa Natali Portman
“İşığın səsi” adlı filmdə rol alıblar. Filmdə Selesta adlı müğənni xanımın həyat
və yaradıcılığından söhbət gedəcək. Məşhur aktyorlar Cud Lou və Steysi Martin
də filmdə çəkiliblər. Rejissorluq kürsüsündə “Liderin uşaqlığı” filminin rejissoru
Breydi Korbet əyləşib. Filmdəki musiqiləri isə məşhur müğənni Sia səsləndirib.