"Möcüzə qadın"ın premyera tarixi dəyişdi

“Warner Bros." və “DC" studiyaları rəsmi şəkildə bəyan etdilər ki, “Möcüzə qadın 1984” filminin premyera tarixi dəyişdi. Nəzərinizə çatdıraq ki, ilk öncə “Möcüzə qadın” 2019-cu ilin noyabr ayında işıq üzü görməli idi. Prodüserlərin açıqlamalarına görə, film 2020-ci ilin iyun ayının 5-də nümayiş olunacaq. Rejissorluğunu Petti Cenkinsin etdiyi “Möcüzə qadın 1984” filminin baş rollarında Qal Qadot, Kristen Uiq, Pedro Paskal və başqaları çəkiliblər.

Dalga TV © 2017