"Möcüzə qadın"a aktrisa tapıldı

Rejissor Petti Cenkins təsdiq etdi ki, “Möcüzə qadın” filminin 2-ci hissəsində mənfi obrazı Kristen Uiq oynayacaq. Filmdə yenə də söhbət Dianadan gedəcək. Bu dəfə Diana 1980-ci illərdə Sovet agentləri ilə müharibə aparacaq. Filmin ssenarisini “Qodzilla“ filmindən tanıdığımız Deyv Kallahem, Ceff Cons və Petti Cenkins yazıblar. Film 2019-cu ilin noyabr ayının 1-də işıq üzü görəcək.

Dalga TV © 2017