“Mission: İmpossible 6" gəlir

25 yanvar tarixində popular aktyor Tom Kruz “İnstagram” səhifəsində “Mission: İmpossible” filmindən bir kadr paylaşdı. Paylaşım edər-etməz milyonlarla kinosevənlər bu şəkili öz səhifələrində paylaşdılar. Filmin adına gəldikdə isə əgər heç bir problem baş verməsə və prodüserlər fikirlərini dəyişməsələr filmin adı “Mission: İmpossible Fallout” olaraq qalacaq. Hələki filmin süjet xətti məxfi saxlanılır. Filmin rejissoru isə “Valkiriya əməliyyatı“, “Cek Riçer“ filmlərini lentə alan Kristofer Makkuorridir.

Dalga TV © 2017