"Milyonerlər klubu"

Əgər kriminal triller janrının həvəskarısınızsa, o zaman “Milyonerlər klubu” filmi sizin sevdiyiniz filmlər siyahısına daxil olacaq. Filmin baş rollarında son zamanlar qalmaqallardan başı açılmayan Kevin Speysi, Teron Edjerton, Emma Roberts, Ansel Elqort və başqaları çəkiliblər. Filmdə 1980-ci ildə Los-Anceles şəhərində məşhur olan milyonerlər klubundan söhbət gedir. Filmin rejissorluğunu “Şose” filmindən tanıdığımız Ceyms Koks edib. Filmin premyerası iyul ayının 18-də baş tutacaq.

Dalga TV © 2017