Milla Yovoviç yenidən qeyri-adi varlıqlarla mübarizə aparacaq

Məşhur aktrisa Milla Yovoviç “Resident Evil” filmi ilə vidalaşsa da, aktrisanın qeyri-adi varlıqlara marağı azalmaq bilmir. “Capcom” şirkətinin istehsal etdiyi populyar oyun olan “Monster Hunter” ekranlarda nümayiş olunacaq. Filmin rejissorluğunu isə elə aktrisanın həyat yoldaşı Pol Anderson edəcək. 2004-cü ildə işıq üzü görmüş olan oyunda baş qəhrəman qeyri-adi varlıqlarla mübarizə aparır. Yeni çəkiləcək “Monster Hunter” filminin prodüserliyini Ceremi Bolt edəcək. Filmə xərclənən vəsait 60 milyon dollar olacaq. Filmin çəkilişləri bu ilin sentyabr ayında başlayacaq.

Dalga TV © 2017