Məşhur serial başa çatdı

“Starz” şirkətinin istehsal etdiyi məşhur serial olan “Eş qəzəbli ölülərə qarşı” sona çatdı. Bu barədə şirkətin prodüserləri məlumat yayıblar. Baş rolda oynayan Bryus Kempell bu xəbər barədə deyib: ""Eş qəzəbli ölülərə qarşı” serialı mənim üçün çox gözəl təcrübə oldu, Eş rolu isə mənim həyatımın roludur". Nəzərinizə çatdıraq ki, serialın bağlanma səbəbi gündən-günə reytinqlərinin düşməsi idi. Serial 2015-ci ildən yayımlanırdı. Sonuncu 3-cü sezonu isə aprel ayının 29-da yayımlanacaq.

Dalga TV © 2017