Məşhur rejissor dünyasını dəyişdi

Çexiya əsilli Amerika rejissoru Miloş Forman dünyasını dəyişdi. Nəzərinizə çatdıraq ki, məşhur rejissor bir çox uğurlu filmlərə imza atıb. Məsələn “Ququ quşu yuvasının üzərindən uçarkən“ filmi məşhur aktyor Cek Nikolsonun ən uğurlu rollarından biri hesab olunur. Bu film 1975-ci ildə 5 “Oskar” mükafatına layiq görülüb. 1985-ci ildə isə Miloş Formanın “Amadey“ filmi 8 “Oskar” mükafatı qazanıb. Məşhur rejissor cümə günü uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Dalga TV © 2017