
Son
zamanlar Rusiya kinomatoqrafçıları idman və kosmos haqqında olan ssenarilərə
daha çox üstünlük verirlər. İdman mövzüsü davam edir. Bu dəfə baş qəhrəman
sovet dönəminin ən məşhur qapıçısı “Dinamo“ komandası ilə adını tarixə
yazdırmış Lev Yaşindir. Filmdə Lev Yaşinin futbol karyerası ətraflı nümayiş
olunacaq. Filmin baş rollarında Aleksandr Fokin, Yuliya Xlinina, Aleksye Quskov
və başqaları çəkiliblər. Filmin rejissoru isə “Moskva, mən səni sevirəm”
filmindən tanıdığımız Vasiliy Çiqinskidir. Filmin premyerasının bu il olacağı nəzərdə
tutulur.