Məşhur prodüser həbs edildi

2017-ci ildə adı məşhur aktrisalara əxlaqsız təkliflər edilməkdə hallanan Hollivudun populyar prodüseri Harvi Vaynsteyn dünən Nyu-York polisi tərəfindən həbs edilib. Milyonlarla tamaşaçıların gözündən düşən prodüser Traybek şəhərində yerləşən polis məntəqələrinin birinə gətirilib. Yaxın günlərdə Harvi Vaynsteyn məhkəmə önündə ifadə verəcək. Hələki prodüser azadlıqda olsa da, onun bütün sənədləri polislər tərəfindən müsadirə edilib.

Dalga TV © 2017