
Bir
neçə saat bundan öncə Rusiyanın ən məşhur aktyorlarından biri olan Nikolay
Karaçentsov dünyasını dəyişib. Məlumatı
aktyorun oğlu Andrey Karaçentsov təsdiqləyib. O deyib: “Bəli, atam səhər
saatlarında Moskva şəhərinin 62 saylı xəstəxanasında dünyasını dəyişdi.” Nəzərinizə
çatdıraq ki, həkimlər ötən il məşhur aktyorun ağciyərində xərçəng xəstəliyi aşkar
etmişdilər. Aktyor 40 illik karyerasında yüzlərlə rollarda oynayıb.
Nikolay Karaçentsov “Elektronikanın macəraları”,
“Çöldə it“, “Böyük oğul” və s. filmlərdə rol alıb.