"Meri Poppins geri qayıdır"

İlk premyerası 1964-cü ildə olan “Meri Poppins” filminin yenidən işlənmiş versiyası işıq üzü görəcək. Bu dəfə filmin adı “Meri Poppins geri qayıdır” olacaq. Yeni çəkiləcək filmin baş rollarında Emili Blant, Kolin Fert, Meril Strip və başqa ulduzlar rol alacaqlar. Filmdə 1930-cu illərdə Merinin kasıb bir ailəyə gəlməsindən və onların həyatlarının 180 dərəcə dəyişməsindən söhbət gedir. “Meri Poppins geri qayıdır” filminin nümayişi 2019-cu ilin yanvar ayının 3-də olacaq.

Dalga TV © 2017