"Meq" kinoteatrlarda liderliyini qoruyur

Bu həftəsonu dünya kinoteatrlarında hansı filmin lider olduğu müəyyən olunub. Hazırda ABŞ kinoteatrlarında ən çox gəlir gətirən film “Meq” filmidir. Baş rolunda döyüş filmlərinin peşəkar aktyoru Ceyson Stethemin oynadığı bu film həftəsonu prodüserlərin xəzinəsinə nə az, nə çox 44,3 milyon dollar pul qoymağı bacarıb. Kinoteatrlarda ikinci yerdə baş rolunda Tom Kruzun oynadığı “Mission: İmpossible“ filmi dayanır. Bu film isə prodüserlərə 20 milyon dollar qazandırıb. 

Dalga TV © 2017