"Men in Black" Kris Hemsvortla yenidən ekranlarda olacaq

Baş rollarında Uill Smit və Tommi Li Consun oynadığı “Qara geyimli insanlar” filminin növbəti hissəsi çəkiləcək. “Sony” studiyası bu seriyada baş rollarda Uill və Tommini görmək istəmir. Deyilənə görə, baş rolların birində popular gənc aktyor Kris Hemsvort oynayacaq. Hələlik ssenari üzərində Art Markum və Mett Hollouey işləyirlər. Rejissorluq kürsüsü isə “Forsaj”, “Dəmir adam“, “Transformers” kimi filmlərin rejissoru olan F. Qrey Qreyə tapşırılıb.  

Dalga TV © 2017