Mel Gibsondan yeni film

“Cəsur ürək”, “Patriot” və s. filmlərin unudulmaz aktyoru Mel Gibsonun yeni filmi işıq üzü görəcək. "Asfalt üzərində sürükləmə” filmində Mel Gibsonun tərəf müqabili məşhur aktyor Vins Von olacaq. Filmin rejissorluğunu “99-cu blokda döyüş“ filmindən tanıdığımız C. Kreyq Zahler edəcək. Filmdə iki polisin günahsız insanı möhkəm döyüb videoya çəkmələrindən söhbət gedir. Günlərin bir günü onların lentə aldıqları video məşhur nəşrlərin birinin ana xəbəri olur və bütün hadisələr də ondan sonra başlayır. Filmdə adı keçən aktyorlardan əlavə Cennifer Karpenter, Don Conson, Udo Kir və başqaları oynayıblar. Film mart ayının 21-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017