"Məğlubedilməz"dən yeni xəbər var

1980-ci illərin ən məşhur filmlərindən biri olan “Məğlubedilməz” filminin 6-cı hissəsi lentə alınacaq. Bu barədə populyar rejissor Len Uaizman məlumat verib. Yeni çəkiləcək filmin adı “Məğlubedilməz: Birinci il” olacaq. Rejissorun dediklərinə inansaq, filmin digər seriyalarına nisbətən 6-cı hissəsində döyüş səhnələri və effektlər bol olacaq. Filmin baş rolunda bütün seriyalarda olduğu kimi Brüs Uillis oynayacaq. Prodüserlər filmin çəkilişlərinin bu ilin sonuna qədər başlayacağını bildiriblər.

Dalga TV © 2017