Maykl Beydən yeni film

Yayılan məlumata görə, “Transformers” filminin rejissoru olan Maykl Bey yaxın gələcəkdə iki filmin rejissoru olacaq. Filmlərin demək olar ki, hər ikisinin adı bəllidir. İlk film “Underground 6” adlanacaq. Bu filmin mövzusu hələki sirr olaraq qalır. Amma filmdə döyüş səhnələrinin bol olacağı heç kimdə şübhə doğurmur. “Underground 6“ filminin ssenari müəllifləri Rett Piz və Pol Vernikdir. Nəzərinizə çatdıraq ki, bu ssenaristlər “Deadpool” filmində də çalışıblar. İkinci film isə “Robokalipsis” adlanacaq. Deniel H. Uilsonun romanı əsasında çəkiləcək film fantastika janrında olacaq. Deyilənlərə görə, hər iki filmin çəkilişləri bu il başlayacaq.

Dalga TV © 2017