Maykl Bey “Netflix” üçün film çəkəcək

"Transformerlər" filminin peşəkar rejissoru Maykl Bey “Netflix” şirkətinin sifarişi ilə film çəkəcək. Nəzərinizə çatdıraq ki, döyüş janrında olan filmin istehsalında “Netflix”lə yanaşı rejissorun daim işlədiyi "Skydance Media" şirkəti də olacaq. Yeni çəkiləcək filmin ideyası və ssenarisi Rett Riz və Pol Vernika aiddir. Filmin çəkilişləri bu yay başlayacaq. Premyera tarixi isə 2019-cu ilin yayına planlaşdırılır.

Dalga TV © 2017