Martın 26-da ekranlarda "Terror" olacaq

Mart ayının 26-da “AMC” kanalında prodüserliyini Ridli Skotun etdiyi “Terror” adlı serial işıq üzü görəcək. Demək olar ki, bu serialı gözləyən tamaşaçıların sayı günü-gündən artır. “Terror” serialı Den Simmonsun romanı əsasında çəkilib. Serialda 1845-ci ildə Con Franklinin “Terror” və “Erebus“ adlı gəmiləri ilə Atlantik okeanına çıxmasından və orada onları dəhşətli hadisələrin gözlədiyindən bəhs edilir. Serialın ssenari müəllifi Devid Kayqaniçdir. Baş rollarda isə Cared Harris, Kiaran Haynds, Xristos Louton və başqaları çəkiliblər.

Dalga TV © 2017