“Malefisent"in 2-ci seriyası gəlir

“Malefisent” filmi ekranlara çıxar-çıxmaz tamaşaçılar tərəfindən çox isti qarşılandı. Xüsusilə də, Ancelina Colinin o möhtəşəm rolu. Prodüserlər xeyli düşünəndən sonra filmin 2-ci seriyasının çəkilməsinə razılıq verdilər. Filmin baş rollarından birində İngiltərəli aktyor və reper Ed Skreyn çəkiləcək. Malefisent obrazını isə Ancelina Coli canlandıracaq. Filmin çəkilişləri bu il başlayacaq və rejissorluq kürsüsündə isə Yoakim Ronninq əyləşəcək.

Dalga TV © 2017