MakDonanın üç bilbordu

Rejissor Martin MakDonanın “Missuri, Ebbing sərhəddində üç bilbord” filmi 4 nominasiya üzrə qalib olaraq, 75-ci “Qızıl qlobus”a öz damğasını vurdu. “Ən yaxşı dram filmi”, “Ən yaxşı dram aktrisası”, “İkinci dərəcəli ən yaxşı aktyor”, “ən yaxşı ssenari” – mükafatlarını alan film ümidsiz qadının atdığı ağlasığmaz addımlardan bəhs edir. Mildred Heysin qızının qətlindən bir neçə ay keçsə də, hələ cinayətkarlar tapılmayıb. Qəzəbli və ümidsiz ana şəhərin girişindəki üç reklam bilbordunu kirayə götürərək orada polis rəisinə ismarıc dərc edir. Əlbətdə ki, bu da polisin xoşuna gəlmir və Mildredlə polislər arasında əsl qarşıdurma başlayır. 

Dalga TV © 2017