"Lucifer"i "Netflix" xilas etdi

Bu ilin may ayının əvvəlində “Fox” şirkəti özlərinin istehsal etdikləri məşhur “Lucifer” serialının yayımını dayandırdı. Serialın yayımdan çıxarılması barədə studiyanın prodüserləri mətbuat nümayəndələrinə heç bir açıqlama vermədilər. “Lucifer” serialı tamaşaçılar tərəfindən sevilən layihələrdən biri idi. Hər zaman tamaşaçı kütləsini nəzərə alan məşhur “Netflix” şirkəti “Lucifer” serialının hüquqlarını alaraq layihəni öz kanalında davam etdirməyə başlayacaq. Bundan sonra “Lucifer” serialını sevənlər layihənin 4-cü sezonuna “Netflix”də baxa biləcəklər.

Dalga TV © 2017