
Əgər
dramatik triller janrında filmləri sevirsinizsə, o zaman baş rollarında Deniel
Kreyq və Helli Berrinin oynadığı “Los-Anceles yanğın içində” filmi sizin bəyəndiyiniz
filmlər siyahısına daxil olacaq. Filmdə 1992-ci ildə Los-Anceles şəhərində
yaşanan kütləvi insidentdən söhbət gedəcək. Yeni çəkilən filmin ssenarisi üzərində
türk əsilli Deniz Qamze Ergüvən işləyib. Filmin premyera tarixi hələki məlum
deyil.