"Loqan"ın ssenari müəllifinin yeni işi

Kifayət qədər gəlir əldə edən və tamaşaçılar tərəfindən çox bəyənilən “Loqan“ filminin ssenari müəllifi olan Skot Frenk rejissor Ceyms Menqoldla yenidən bir araya gələcək. “20th Century Fox” studiyasının prodüserləri ssenari müəllifinə Don Uinslounun romanı əsasında ssenari yazmağı tapşırıblar. Filmin adı “The Force” olacaq və rejissorluq kürsüsündə Ceyms Menqold oturacaq. Filmdə Nyu-York şəhərində narkotik alverçiləri ilə mübarizə aparan polisdən bəhs ediləcək. Hazırda filmdə baş rolu oynamaq üçün aktyor axtarılır.

Dalga TV © 2017