“Labirintdə qaçan” “Jumanji”ni keçdi

“Labirintdə qaçan: Ölüm əleyhinə dərman“  filmi gəlir gətirmək cəhətdən “Jumanji” filmini liderlikdən saldı. Analitiklərin verdiyi proqnoz tam doğru çıxdı. “Labirintdə qaçan” ilk həftədə nə az, nə çox düz 24 milyon dollar qazandı. Filmin rəqibi “Jumanji “ filmi isə bir həftə ərzində 16,4 milyon dollar qazanmışdı. Bu uğurun ən əsas səbəbi isə filmin nümayiş vaxtının dəyişdirilməsi idi. Belə ki, film əslində 2017-ci ilin birinci rübündə nümayiş etdirilməli idi. Lakin çəkiliş prosesində aktyor Dilan O Braynın ağır bədən xəsarətləri alması filmin premyerasını bir il ertələdi. Bu məqamda atalar sözü yada düşür: “Hər işdə bir xeyir var“. Əgər Dilan xəsarət almasaydı və filmin nümayişi gecikməsəydi “Jumanji” hələ də birinci yerini qoruyub saxlayırdı.

Dalga TV © 2017