Kventin Tarantinonun filminin adı məlum oldu

2019-cu il avqust ayının 9-da premyerası baş tutacaq məşhur rejissor Kventin Tarantinonun növbəti filminin adı artıq məlumdur. Filmin adı “Bir dəfə Hollivudda” olacaq. Tarantinonun hər filmində olduğu kimi, bu filmdə də ulduzlar toplusu rol alacaqlar. Baş rollarda isə Bred Pitt, Leonardo DiKaprio oynayacaqlar. Hətta Tarantino baş rollardan birinə popular aktyor Al Pacinonu dəvət etmək istəyir. Nəzərinizə çatdıraq ki, DiKaprio aktyor "Rik Dalton"u canlandıracaq. Bred Pitt isə Rikin dublyoru olan "Klif But"un rolunu oynayacaq. Filmin çəkilişləri isə bu ilin yayında başlayacaq.

Dalga TV © 2017