Kristofer Uolken hələ də tələb olunan aktyordur

“Maral Ovçuları” adlı filminin ikinci rol ifaçısı kimi “Oskar” mükafatına layiq görülmüş aktyor Kristofer Uolken yeni filmə dəvət alıb. Onun tərəf müqabili isə Elizabet Debiki olacaq. Filmdə 1970-ci ildə İtaliyada yaşayan məşhur rəssamdan söhbət gedəcək. Filmin qəhrəmanlarına  isə rəssamın emalatxanasından onun çəkdiyi axırıncı möhtəşəm əsəri oğurlamaq tapşırılır. Filmin rejissor kürsüsündə Cuzeppe Kapotondi əyləşəcək. Ssenarini isə Skott B. Smit yazıb. Filmin çəkilişlərinə bu ilin yayında başlanılacaq.

Dalga TV © 2017