Kris Hemsvort və Kris Payn "Paramount"a yox dedilər

Dünyaca məşhur film şirkətlərindən biri olan “Paramount Pictures” studiyasından sızan məlumata görə, populyar aktyorlar olan Kris Hemsvort və Kris Payn studiyanın onlara etdiyi təklifə yox cavabı veriblər. Studiyanın prodüserləri hər iki aktyora “Ulduz yolu” filmində çəkilməyi təklif etmişdilər. Məlumata inansaq, “Paramount Pictures” studiyasının aktyorlara verəcəyi məvacib onları qane etməyib. Ona görə də, bu iki aktyoru yeni çəkiləcək “Ulduz yolu” filmində görə bilməyəcəyik.

Dalga TV © 2017