Kris Evans Nil Blomkampın yeni filmində

Məşhur aktyor Kris Evans “Rayon N9” və “Çappi” filmlərinin rejissoru Nil Blomkampın yeni çəkəcəyi filmdə rol alacaq. Ssenari müəllifliyini və rejissorluğunu Nil Blomkampın etdiyi yeni filmin adı “Qrenlandiyadır”. Filmin süjet xətti hələki məlum deyil. Deyilənlərə inansaq, filmdə dünyanın sonundan söhbət gedəcək. Filmin prodüserliyini Anton və “Thunder Road Pictures” şirkəti edəcək.

Dalga TV © 2017