"Krid 2" filminin çəkilişləri başladı

"Rokki Balboa” filmi ilə boks sevənləri ekrana kilitləyən məşhur aktyor Silvester Stallone Amerikanın Filadelfiya şəhərində “Krid” filminin 2-ci hissəsinin çəkilişlərinə başlayıb. Bu barədə Stallone öz İnstagram səhifəsində video görüntü paylaşaraq məlumat verib. Filmin adı “Krid-Rokkinin mirası”dır, rejissoru isə “Sinif otağı” filmindən tanıdığımız Stiven Keypldir. “Krid” filminin birinci hissəsinin rejissoru olan Rayan Kuqler bu seriyada yalnız prodüserlik kürsüsündə əyləşib.

Dalga TV © 2017