Kolin Fört "Kursk"da

Müharibə janrında lentə alınan filmləri sevən tamaşaçılar “Kursk” filmini səbirsizliklə gözləyirlər. Filmdə 2000-ci ildə 118 heyəti ilə qəzaya uğrayaraq batmış sualtı gəmidə yaşanan hadisələrdən bəhs edilir. Filmin rejissorluğunu “Ov” filmindən tanıdığımız Tomas Vinterberq edib. “Kursk”un ssenari müəllifliyi isə "Sıravi Rayanın xilası“ və “Patriot“ filmlərində işləmiş Robert Rodata aiddir. Filmin baş rollarında məşhur ulduzlar rol alıblar. Onların sırasında Kolin Fört, Lea Seydu, Mattias Şonarts, Maks Fon Syudov kimi məşhurlar var.

Dalga TV © 2017