Kolin Farrel və Cessika Çesteyn bir filmdə

Tamaşaçılar tərəfindən kifayət qədər sevilən aktyorlardan biri olan Kolin Farrelin yeni filminin adı məlum olub. “Eva“ adlı filmin baş rollarında Kolindən başqa, elə onun qədər məşhur olan aktrisa Cessika Çesteyn çəkiləcək. Nəzərinizə çatdıraq ki, yeni çəkiləcək filmin prodüserlərindən biri də elə Cessikadır. Filmin ssenari müəllifi isə Metyu Nyutondur. “Eva” filminin çəkilişləri sentyabr ayının 24-də Boston şəhərində başlayacaq.

Dalga TV © 2017