Klint İstvud "Qatır"ı lentə alır

Vestern janrında çəkilən filmlərin məşhur aktyoru və aktyorluğu qədər rejissorluqda da peşəkar olan Klint İstvudun başı “Qatır” filminin çəkilişlərinə qarışıb. Filmdə İkinci Dünya müharibəsi veteranı olan Erl Stounun həyatından söhbət gedir. “Qatır” filminin baş rollarında Bredli Kuper, Taissa Farmiqa, Lorens Fişbern, Maykl Penya və başqaları çəkilirlər. Filmin prodüserliyini isə Den Fridkin, Bredli Tomas və Klint İstvud edir.

Dalga TV © 2017