Klint İstvud növbəti filmini çəkməyə başlayır

"Oskar" mükafatlı rejissor, aktyor, prodüser Klint İstvud ”Narkokuryer” adlı film çəkməyə hazırlaşır. İstvud bu filmin prodüseri olmaqla yanaşı, həm də baş rolda oynamaq fikrindədir. Filmdə söhbət 80 yaşlı Şarp adında narkokuryerdən gedir. Şarp dünyanın ən yaşlı narkotika alverçisi kimi də tanınırdı. Filmin ssenarisini İstvudla birgə Nik Şenk və Deyv Holsteyn yazacaqlar. Onu da nəzərinizə çatdıraq ki, Klint İstvudun ”Parisə gedən qatar” adlı yeni filmi 15 fevralda kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017