
Məşhur
rejissor, aktyor və prodüser Silvestr Stallone “Twitter” səhifəsində yeni
paylaşım edib. O, paylaşımda “Rembo” filminin 5-ci hissəsinin çəkiliş vaxtını
açıqlayıb. Nəzərinizə çatdıraq ki, “Rembo” filminin 5-ci hissəsinin çəkilişləri
sentyabr ayının 1-də Kanar adalarında başlayacaq. Filmin prodüserliyini Avi
Lerner edəcək. Premyerası isə 2019-cu ilin aprel ayının 1-ci ongünlüyündə
olacaq.