
Son
zamanlar Hollivud prodüserlərini cəlb edən cəngəlliklər mövzusunda daha bir
film gəlir. Bir çoxlarımızın uşaqlıqda baxdığı “Mauqli” cizgi filmi
kinoteatrlarda film kimi nümayiş olunacaq. “Cəngəllik kitabı” romanı əsasında çəkilən “Mauqli” filminin
rejissoru Endi Serkisdir. Filmdə baş rollarda Roen Çand, Keyt Blanşett, Naomi
Xarris və başqaları oynayıblar. Film bu ilin oktyabr ayının 18-də nümayiş
olunacaq.