
Lentə
aldığı hər filmi ilə tamaşaçıların rəğbətini qazanan Qay Ritçi əfsanəvi qəhrəmanlardan
biri olan “Ələddin” filmini lentə alıb. “Ələddin” haqqında kifayət qədər cizgi
filmləri və filmlər çəkilsə də, prodüserlərin dediklərinə görə, Qay Ritçinin “Ələddin”i
digər filmlərdən çox fərqlənəcək. Filmin baş rollarında Nasim Pedrar, Billi
Maqnussen, Mariam Somar və digərləri çəkiliblər. “Ələddin”in əsas qəhrəmanlarından
olan Cin obrazını isə məşhur aktyor Uill Smit canlandıracaq. Film 2019-cu ilin
may ayının 23-də nümayiş olunacaq.