
Nağıllar
aləminə hər bir rejissordan yaxşı bələd olan Tim Bertondan qəlbinizi isidəcək
möhtəşəm film gəlir. Filmdə uçan fildən söhbət gedir. “Dambo” filminin baş
rollarında kifayət qədər tanıdığımız aktyor və aktrisalar olan Denni De Vito,
Kolin Farell, Eva Qrin və başqaları çəkiləcək. “Walt Disney” şirkətinin
istehsal edəcəyi filmin ssenarinisini Eren Kryüqer yazıb. “Dambo” filminin
premyerası 2019-cu ilin mart ayının 29-da
olacaq.