Kinomatoqrafiyanın ən qorxulu obrazları məlum oldu

“Ranker.com” saytının keçirdiyi sorğu nəticəsində dünya kinosunun ən qorxulu obrazları məlum oldu. Siyahının birinci yerində ölümündən 10 il keçməsinə baxmayaraq, oynadığı Joker rolu ilə tamaşaçıların rəğbətini qazanan Heath Ledger oldu. Joker obrazına səs verən tamaşaçı sayı 20.368 nəfər olarkən, siyahının 2-ci yerində “Star Wars” filminin unudulmaz obrazı olan Darth Vaderdir. Sorğu nəticəsində 3-cü yerin sahibi isə “Quzuların susması” filmində isə Hannibal Lecteri oynayan Anthony Hopkinsdir. Hannibal Lecterə verilən səslər isə 10.436 nəfər təşkil edir.

Dalga TV © 2017