"Kapitan Marvel"də qadın bəstəkar

Filmlərin ən çətin və məsuliyyətli işi saundtrekdir. Əsasən məşhur filmlərin saundtreklerini yazmaq üçün populyar adlara üstünlük verilir. Prodüserlər hazırda çəkiliş prosesində olan “Kapitan Marvel” filminin saundtrekini yazmağı türk əsilli xanım Pınar Topraka həvalə etmək istəyirlər. Nəzərinizə çatdıraq ki, tərəflər razılığa gəlsələr, Pınar “Marvel” filmlərinin saundtrekini yazan ilk qadın bəstəkar olacaq. “Kapitan Marvel” blokbasteri 2019-cu ilin mart ayının 7-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017