
Hazırda
“Kapitan Marvel“ filminin çəkilişləri sürətlə davam edir. Əsasən "Marvel" filmlərinin
süjet xəttində gələcəkdən və ya indiki zamandan söhbət gedir, amma yeni çəkilən “Kapitan
Marvel” filminin süjet xətti 1990-cı illərdən bəhs edəcək. Filmin əsas mənfi
obrazlarından biri Skrullardır. Bu məxluqlar yaşıl rəngdə olan Humanoidlərdir.
“Kapitan Marvel” filmində baş rollarda Bri Larson və Cud Lou oynayırlar. Filmdəki
mənfi obrazı isə Ben Mendelson canlandırıb. Superqəhrəmanlardan ibarət yeni çəkilən
blokbasterin rejissorları isə “Misissipidə gəzinti” filmindən tanıdığımız Anna
Bouden və Rayn Flekdir. Film 2019-cu ilin mart ayının 7-də kinoteatrlarda
nümayiş olunacaq.