
“Universal”
studiyası “Jurassic Park” filminin gəlirindən razı olduğuna görə, filmin 3-cü
hissəsini çəkməyi planlaşdırır. Verilən xəbərə görə, prodüserlik kürsüsündə
Stiven Spilberg və Kolin Trevvorou əyləşəcəklər. Filmdə baş rolları kimlərin
oynayacağı haqqında dəqiq məlumat yoxdur. “Jurassic Park 3“ filminin
ssenarisini isə Kolin Trevvorou və Emili Karmaykl yazacaqlar. Studiya filmin
premyerasını 2021-ci ilin yay ayına planlaşdırır.