
“İntihar
dəstəsi” filminin uğurundan sonra prodüserlər belə qərara gəldilər ki, o filmdə
baş obraz olan Jokerin solo filmini lentə alsınlar. Joker obrazı tamaşaçılar tərəfindən
çox sevildiyinə görə, buna həqiqətən də ehtiyac var idi. “Warner Bros.” studiyasının sifarişi ilə çəkiləcək filmin baş rolunda elə “İntihar dəstəsi”
filmində Joker obrazını canlandıran Cared Leto çəkiləcək. Hazırda studiyanın
prodüserləri bu film üçün ssenarist axtarışındadırlar.