
“MGM”
və “EON” şirkətləri "Ceyms Bond" filminin 25-ci yubiley seriyasının çəkilişi üçün
rejissor axtarışındadırlar. Hazırda deyilənə görə, bu kürsüyə ən real namizəd
dünyaca məşhur Britaniyalı rejissor Denni Boyldur. Düzdü, hələ ki prodüserlərdən
rejissora real təklif gəlməsə də, amma bir çox analitiklər qeyd edirlər ki,
25-ci “James Bond” filminin rejissoru Denni Boyl olacaq. Rejissorun özü də bir
neçə dəfə prodüserlərə bu filmi çəkmək istədiyini söyləmişdi. Əgər prodüser və
rejissorlar müqavilə imzalasalar, film 2019-cu ilin noyabr ayında işıq üzü görəcək.