J.J.Abrams yenidən "HBO" ilə işləyəcək

“HBO” kanalı bir çox blokbasterlərin rejissoru, prodüseri olan J.J.Abramsa “Demimond” adlı serialın çəkilişini sifariş edib. Məşhur rejissor bu seriala özünün sahibi olduğu “Bad Robot” adlı şirkəti də cəlb edib. Serialda bir ailənin faciəsindən söhbət gedir. Çəkilişlərə isə nə zaman start veriləcəyi hələ ki, məlum deyil. Hazırda J.J.Abrams “Ulduz müharibələri“ filminin 9-cu hissəsi üzərində işləyir.

Dalga TV © 2017