
Ssenari
müəllifliyində öz sözünü demiş Todd Steşvik “Discussing” film nəşrinə verdiyi
müsahibəsində bildirib ki, “İntihar edənlər dəstəsi” filminin 2-ci hissəsinin
ssenarisi artıq hazırdır və prodüserlərə təhvil verilib. Müəllifin dediyinə görə,
filmin 2-ci hissəsi 1-ci hissənin davamı olacaq. Nəzərinizə çatdıraq ki, “İntihar
edənlər dəstəsi” filminin 2-ci hissəsinin rejissoru Qebin O Konnor olacaq. Filmin
çəkilişləri 2019-cu ildə başlayacaq.