“İndiana Cons”dan yeni xəbər

Bir neçə gün bundan öncə xəbər verdiyimiz kimi, "İndiana Cons” filminin 5-ci hissəsinin çəkilişləri 2019-cu ildə start götürəcək. Filmin baş roluna İndiana obrazının dəyişməz aktyoru Harrison Ford çəkiləcək. Filmin rejissoru Stiven Spilberq “The Sun” qəzetinə çox maraqlı bir məlumat verib. Onun dediyinə inansaq, gələcəkdə çəkiləcək “İndiana Cons” filminin baş qəhrəmanı qadın ola bilər. Rejissor onu da qeyd edib ki, ola bilər gələcəkdə “Cons” soyadını dəyişib “Coan “ etdik. “İndiana Cons” filminin 5-ci hissəsinə tamaşaçılar 2020-ci ilin iyul ayında baxa biləcəklər.

Dalga TV © 2017