İki sənətkarın növbəti işi

16 illik fasilədən sonra iki böyük sənətkar Leonardo DiKaprio və Stiven Spilberq yenidən iş birliyi edəcəklər. Nəzərinizə çatdıraq ki, ikilinin “Bacarırsan məni yaxala” filmi 16 il bundan öncə işıq üzü görmüşdü. Əgər aktyor və rejissor razılığa gəlsələr, bizi növbəti möhtəşəm film gözləyir. Deyilənə görə, filmdə  ABŞ-ın 18-ci prezidenti Uliss S. Qrantdan söhbət gedəcək. Filmin ssenarisi üzərində “Loqan” filmindən tanıdığımız Devid Ceyms Kelli işləyib. Hazırda Leonardo DiKaprio məşhur rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda“ filmində çəkilir.

Dalga TV © 2017