Hyu Cekmen yeni filmə imza atacaqmı?

“Loqan “, “Dahi Şoumen“ və başqa filmlərdən tanıdığımız populyar aktyor Hyu Cekmen “Automatik” kinoşirkəti ilə danışıqlar aparır. Şirkət istəyir ki, aktyor “Bad Education” filminin baş rolunda oynasın. Mayk Makovski və Kori Finlinin ssenarisi əsasında çəkiləcək filmin süjet xətti hələki açıqlanmır. Filmin prodüserliyini isə “La La Lend” filmindən tanıdığımız Fred Berger edəcək. Aktyorun “Dahi Şoumen” filmi indiyə kimi kinoteatrlardan 407 milyon dollardan çox pul gətirib.

Dalga TV © 2017