"Hörümçək adam"da yeni aktyor

Dünya kinosunun ən sevilən və tələb olunan aktyorlarından biri də Ceyk Cillenholdur. Hazırda sevilən aktyor “Sony” şirkəti ilə danışıqlar aparır. Yeni çəkiləcək “Hörümçək adam: Evə qayıdış” filmində aktyora filmin mənfi obrazını oynamaq təklif olunub. Nəzərinizə çatdıraq ki, hələ 2000-ci ildə Ceyk Cillenhol “Hörümçək adam“ filminə çəkilməli idi. Amma müəyyən səbəblərə görə prodüserlər aktyordan imtina etmişdilər. Yeni çəkiləcək filmdə hörümçək adam obrazını Tom Holland oynayacaq. Filmin çəkilişləri iyun ayının 1-də start götürəcək.

Dalga TV © 2017